Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:27

«Sənsizləmişəm»i ruscaya çevir görüm, necə çevirirsən?


.
Günün gülməcəsi


“SƏNSİZLƏMİŞƏM” İ RUSCAYA ÇEVİR GÖRÜM NECƏ ÇEVİRİRSƏN?

(Azərbaycan dili müəllimim, professor Ziynət xanım Əlizadənin ruhuna sayğılarla)


Bu əhvalat ötən əsrin 70-ci illərində Bakıda baş verib.

Bir dəfə universitetdə ana dilimizdən dərs deyən Ziynət xanıma öz evində öz oğlu elə bir söz deyir ki, dilçi xanımı od götürür.

Bir az əvvələ qaçıb söyləyim ki, Ziynət xanım rus dilinin nəinki Bakını, hətta Azərbaycanı basıb-qovurduğu o illərdə oğlunu Azərbaycan bölməsində oxudurmuş.

Şəhərin düz göbəyində--Hüsü Hacıyev küçəsində yaşayan, üstəlik, çox istedadlı oğul təbii ki, rus dilini də gözəl mənimsəyibmiş.

Odur ki, söhbətlərin birində bəlkə də dilçi anasını hirsləndirmək üçün oğul rus dilinin Azərbaycan türkcəsindən daha zəngin olduğunu dilinə gətirir.

Ana etiraz edir, dərs dediyi dilin müdafiəsinə qalxır. Heç bir köməyi olmur.

Axırda hirslənib deyir: Onda “sənsizləmişəm” sözünü ruscaya tərcümə elə görüm necə eləyirsən?!

Oğul ha fikirləşir, anaya cavab verə bilmir...

(Bu əhvalatı üstündən 40 il sonra xatırlayan oğula—hörmətli Zərdüşt Əlizadəyə təşəkkürlər!)
XS
SM
MD
LG