Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

İranda iri bank fırıldağıyla bağlı məhkəmə başlanıb


İranda iri bank fırıldaqçılğı ilə bağlı məhkəmə prosesi başlanıb.

İstintaq zamanı prezident Mahmud Əhmədinejadın ətrafından olan məmurların bu məsələdə əlləri olması barədə şübhələr ortaya çıxıb.

Müttəhimlər kürsüsündə 30-dan çox adam oturub.

Onları ölüm hökmü gözləyir.

İstintaq iş adamı Amir Mansur Khosrafiyə qarşı irəli sürülmüş ittiham əsasında aparılıb.

İstintaqın gəldiyi nəticəyə görə ona qanunsuz yollarla 2 milyard yarım dollardan artıq kredit verilib.

İş adamı bu pulları hökumətin özəlləşdirmə proqramı çərçivəsində dövlət müəssisəsinin alınmasına sərf edib.

Bir sıra ekspertlər hesab edirlər ki, məhkəmə prosesi bir daha prezident Mahmud
Ahmadinejadla ölkənin ali dini lideri Ayatolla Ali Khamenei arasında qarşıdurmadan xəbər verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG