Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:46

Yollar buz bağlayacaq, güclü şimal küləyi əsəcək


Fevralın 19-dan 20-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasında yolların yenidən buz bağlayacağı, güclü şimal küləyinin əsəcəyi gözlənilir.

Fevralın 18-i axşamdan 21-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi gözlənilir.

Fevralın 19-20-də şimal küləyinin sürəti saniyədə 18-20 metr olacaq, arabir 23-28 metrədək güclənəcək. Temperatur ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında da fevralın 19-da havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG