Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:36

Hakerlər ABŞ-ın dövlət saytlarına hücum ediblər


Anonim bir haker qrupu fevralın 17-də ABŞ-ın bir neçə dövlət saytına hücum etdiyini bildirib. Onlar bununla təklif olunan müəlliflik hüquqlarının qorunmasına dair beynəlxalq razılaşma layihəsinə etiraz etdiklərini deyirlər.

Onlar ABŞ-ın Federal Kommersiya Komissiyasının və Milli İstehlakçıların Hüuqularını Müdafiə qurumunun saytına hücum ediblər. razılaşma layihəsinə etiraz etdiklərini deyirlər.

Vaşinqtonda hesab edirlər ki, belə razılaşma intellektual mülkiyyətin oğurlanmasının qarşısının alınmasına yardım edərdi. Amma ona qarşı olan fəallar deyirlər ki, razılaşma internet azadlığına təhlükə yaradır.

30 Avropa ölkəsi həmin razılaşmanı imzalasa da elə bu gün – fevralın 17-də Polşa və Sloveniya onu ratifikasiya etməyəcəklərini elan ediblər. Hollandiya, Bolqarıstan və Çex Respublikası da bu sənədin yarada biləcəyi ictimai narazılıqdan narahat olduqlarını bildiriblər.
XS
SM
MD
LG