Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

ABŞ və Avropa Birliyi Tehranın danışıqların bərpası təklifini alqışlayır


ABŞ və Avropa Birliyi ölkələri İranın nüvə proqramının müzakirəsi üçün danışıqların bərpası olunması barədə təklifi Tehranın qəbul etməsini alqışlayırlar. Fevralın 17-də Vaşinqtonda keçirdikləri mətbuat konfransında ABŞ Dövlət Katibi Hillary Clinton və Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton bildirib ki, onlar hələlik Tehranın cavabını öyrənirlər.

Bundan əvvəl Tehrana BMT Təhlükəsizlik Şurasının üzvü olan beş dövlət və Almaniya ilə danışıqların bərpasını təklif ediblər. Clinton deyib ki, Tehrandan gözlənən cavabı alıblar.

ABŞ və Avropa Birliyi İranın üvə proqramı ilə silah yaratmaq istədiyini, Tehran isə bundan yalnız dinc məqsədlərlə istifadə etdiyini deyir.
XS
SM
MD
LG