Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:40

Fransa və Britaniya Suriya müxalifətinə yardım vəd edir



Fevralın 17-də Britaniya və Fransa liderləri Suriyada prezident Bashar al-Assad rejimi ilə mübarizə aparan müxalifətə yardım vəd ediblər. Parisdə keçirilən görüşdə Fransa prezidenti Nicolas Sarkozy və Britaniyanın Baş naziri David Cameron həmçinin Suriya müxalifətini birləşməyə və daha yaxşı təşkilatlanmağa çağırıblar.

Sarkozy əlavə edib ki, indiki şərait Suriyaya kənar müdaxiləyə imkan vermir.

Dünən BMT Baş Assambleyası prezident Bashar Assadı istefaya çağıran qətnamə qəbul edib. Suriya fəalları son bir ildə prezidentin istefası tələbilə keçirilən aksiyalarda azı 6000 nəfərin həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG