Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

Chavez siyasi rəqibini “donuz” adlandırır



Venesuela prezidenti Hugo Chavez fevralın 16-da televiziya ilə çıxışında siyasi rəqibini “donuz” adlandırıb. Bu ilin oktyabrında keçiriləcək prezident seçkisində indiki sosialist prezident Hugo Chavezin rəqibi sol-mərkəzçi Henrique Capriles olacaq. O, Miranda ştatının qubernatorudur.

Rəqibini uğursuz biri adlandıran Hugo Chavez deyir: “Kostyumunu neçə dəfə dəyişməyin mənası yoxdur. Sənin donuz bədənin, eləcə də donuz qulaqların onsuz da görünür. Düz donuz kimi xoruldayırsan. Dediyim odur ki, sən donuzsan.”

Fevralın 13-də keçirilən regional seçkidə Capriles qalib gələndən bəri Chavezin tərəfdarları ona kəskin hücumlar edirlər. Onlar Caprilesi cinsi azlıq və ABŞ-ın kuklası adlandırırlar.
XS
SM
MD
LG