Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:26

Çində kütləvi həbslər olub



Human Rights Watch beynəlxalq insan haqlarını müdafiə təşkilatı bildirir ki, bu yaxınlarda Çində bir neçə yüz tibetli həbs edilib. Onlar Hindistana keçərək orada mənəvi liderləri Dalai Lamadan dini təlim almaqda ittiham olunurlar.

Bir neçə mənbədən yayılan məlumata görə saxlananlar zorla siyasi kurslara göndərilirlər.

Bundan əvvəl də Çində hakimiyyət Tibetli din xadimlərini zorla siyasi kurslara göndərib.

Pekin mühacirətdə yaşayan Tibetin mənəvi lideri Dalai Lamanı ölkəni parçalamaq cəhdində ittiham edir.
XS
SM
MD
LG