Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:47

Tur Heyerdalın 100 illiyi ərəfəsində Bakıda daha bir anım tədbiri


Thor Heyerdahl (1914-2002)
Thor Heyerdahl (1914-2002)
Martın 1-də Bakıda tanınmış norveçli səyahətçi və alim Tur Heyerdalın “Kon-Tiki adam” adlı sərgisinin açılışı olacaq.

Bu xəbəri APA Norveç səfirliyinə istinadən yayıb.

Xəbərdə sərginin Azərbaycan Tarix Muzeyi və Norveç Kon Tiki Muzeyinin birgə layihəsi olduğu və Norveç səfirliyinin dəstəyi ilə keçirildiyi bildirilir.

Martın 1-dən açılan sərgi mayın 31-dək davam edəcək.

Sərginin açılış mərasimində Tur Heyerdalın oğlu kiçik Tur Heyerdalın çıxışı nəzərdə tutulur.

Sərginin sponsoru “Statoil” şirkətidir.

Xatırladaq ki, 2014-cü ildə Norveç etnoqrafı və arxeoloqu Tur Heyerdalın (Thor Heyerdahl) 100 yaşı tamam olacaq.

Ötən ilin oktyabrında Bakıda onun şərəfinə böyük konfrans təşkil olunmuşdu.

Tur Heyerdalın ölümündən sonra ilk dəfə keçirilən 4 günlük konfransın mövzusu “Norveç qəhrəmanının” həyatı və tədqiqatları idi.

Həmin vaxt Betty Blairin rəhbərliyi ilə Thur Heyerdahlın ilk dəfə Azərbaycan dilinə tərcümə olunmuş «Adəmin izləri ilə. Xatirələr» və «Tur Heyerdal: Sərhədləri aşaraq, dənizləri aşaraq—Azərbaycanla əlaqələr» kitabları da təqdim olunmuşdu.

Konfransın təşkilatçıları AzadlıqRadiosunun da qonağı olmuşdular.
XS
SM
MD
LG