Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:29

Suriya müxalifəti hökumətin Homsu bombalamqda davam etdiyini bildiri



Suriya müxalifəti bildirir ki, BMT Baş Assambleyasında prezident Bashar al-Assadın hakimiyyətdən getməsi barədə qərar qəbul olunmasına baxmayaraq, hökumət qüvvələri Homs şəhərini bombalamaqda davam edirlər. Həmin şəhərdə müxalifət qüvvələri güclü olduğundan hökumət qüvvələri şəhəri cəzalandırmaqda davam edir.

Bugünkü bombardmanlar son iki həftənin ən güclüsü hesab edilir. Hökumət informasiyanın yayılmasına qadağa qoyduğundan orada nə baş verdiyi haqqında məlumatalmaq mümkün deyil.

Dünən BMT Baş Assambleyası prezident Bashar Assadı istefaya çağıran qətnamə qəbul edib. Suriya fəalları son bir ildə prezidentin istefası tələbilə keçirilən aksiyalarda azı 6000 nəfərin həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG