Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:45

Britaniya kəşfiyyatının Çarli Çaplini izlədiyi üzə çıxdı


Charlie Chaplin
Charlie Chaplin
Mİ-5 – Britaniya Əks Kəşfiyyat Agentliyi kommunizmə rəğbət bəsləməkdə şübhəli bilinən dahi kino sənətçisi Çarli Çaplin haqqında gizli saxlanan bilgiləri açıqlayıb.

“The Guardian”ın yazdığına görə, artıq fevralın 17-dən gizli sənədlərlə Böyük Britaniya Milli Arxivində hər kəs tanış ola bilər.

Ünlü aktyorun ABŞ-a gəlişini əngəlləmək məqsədi ilə bu ölkənin Federal Təhqiqat Bürosu (FBI) Britaniya xüsusi xidmət orqanlarından onun izlənməsini istəyib.

Amerikalıları özəlliklə Çaplinin Sovetlər Birliyi və Avropa kommunistləri ilə bağlantıları maraqlandırıb.

Mİ-5-in gizli sənədlərində Çaplinin bəzi “kommunistpərəst” mülahizələrindən örnəklər verilib.

Məsələn, 1940-cı ilin əvvəlində o deyib ki, “kommunizmin bir çox yaxşı tərəfləri var”.
Bundan başqa ünlü sənətçini sovet casusu sayılan kino tənqidçisi Ivor Montegue ilə əlaqələrini üzə çıxarıblar.

Montegue bir dəfə Londona gəlişi zamanı Çaplinə onunla görüşə bilməməsindən təəssüfləndiyini ifadə edən teleqram göndərib.

FBI-ın xahişi ilə Britaniya agentləri Çaplinin özəl yaşamından bəzi epizodlara da aydınlıq gətiriblər.

Amerikalılar güman edirlərmiş ki, Çaplin rəsmi sənədlərdə göstərildiyi kimi Londonda deyil, Fransada doğulub, üstəlik, gerçək adı İsrail Tornşteyn (Israel Thornstein) olub.
Ancaq həmin ehtimallar özünü doğrultmayıb.

Uzun illər Çaplini izləyən Mİ-5 mütəxəssisləri axırda bu qərara gəliblər ki, o, ölkənin güvənliyi üçün təhlükə törətmir.

FBI-ın şübhələrinə gəlincə, digər bir qəzetin – “The Times”in fikrincə, bütün bunlar Amerika özəl xidmətlərinin “antikommunist paranoyaya” yoluxduğunu sübut edir.

Çaplinin özü Qərbdə gizli kommunist fəaliyyəti ilə heç bir bağlantısının olmadığını bildirib.

Buna baxmayaraq, o, 1952-ci ildə Londonda öz filminin – “Böyük şəhərin işıqları”nın ilk tamaşasına yollanan zaman FBI-ın başçısı Edqar Huver onun ABŞ-a geri dönməsinin qadağan edilməsinə nail olub.

Çarli Çaplin o vaxtdan 1977-ci ilə, yəni ölümünədək İsveçrədə yaşamağa məcbur qalıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG