Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:15

Milli Məclis Xocalı qətliamını müzakirə edəcək


Arxiv foto
Arxiv foto
Milli Məclis gələn həftə Xocalı qətliamının 20 illiyi ilə bağlı xüsusi iclas keçirəcək.

Bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

İclasda dinləmələr aparılacaq və müvafiq qərarlar qəbul olunacaq.

B.Muradova qeyd edib ki, bir çox ölkələrdə artıq Xocalı qətliamına dair qətnamələr qəbul olunub:

«Artıq dünya ölkələrinin çoxu Xocalı soyqırımı barədə məlumatlıdırlar».

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib.

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
XS
SM
MD
LG