Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:11

Daha zinakarları daşqalaq etməyəcəklər


İranda qadını daşqalaq etmək üçün yarıya qədər yerə basdırırlar, Arxiv

İranda qadını daşqalaq etmək üçün yarıya qədər yerə basdırırlar, Arxiv

İran öz ölkəsinin Cinayət Məcəlləsinə dəyişiklik etmək istəyir. “The Daily Telegraph” yazır ki, hökumət ölüm hökmünün icra mexanizmini dəyişməyi planlaşdırır.

İran parlamenti daş-qalaq yoluyla edam edilməsini və həddi-buluğa çatmayanların edamını ləğv etmək istəyir. Cinayət Məcəlləsinə dəyişikliklər artıq Konstitusiya Qoruyucuları Şurası tərəfindən dəstəklənib. Bu qurum yerli qanunların İslam hüququna uyğunlaşdırılmasına nəzarət edir.

Qanun layihəsi prezident Mahmud Ahmedinejad tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.

1980-ci ildən etibarən İranda ən azı 99 nəfər daşqalaq edilərək öldürülüb. Bu edam növü əsasən zinada ittiham olunan qadın və kişilərə tətbiq olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG