Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:28

Rusiya Əfqanıstanda Sovet dövründən qalmış layihələri bərpa edəcək


Rusiya Əfqanıstandakı iri tikinti layihələrində iştirakını bərpa edəcək.

Bunu Rusiyanın Kabildəki səfiri Andrey Avetisyan bildirib.

Amma o qeyd edib ki, Rusiya Əfqanıstanda hələ də terrorçuluq və narkotik qaçaqçılığının davam etməsindən narahatdır.

Avetisyan deyir ki, hərbi əməliyyatlara görə, bundan əvvəlki onillikdə Əfqanıstanda iri tikinti layihələrində iştirak etmək mümkün deyildi, amma indi vəziyyət dəyişir.

Səfirin sözlərinə görə Rusiya hələ keçmiş sovet dövründən qalmış 150 obyektin bərpasına başlamaq fikrindədir.
XS
SM
MD
LG