Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:49

Cabbar Savalanlı Universitetə bərpa edilib


Cabbar Savalanlı
Cabbar Savalanlı
Keçmiş vicdan məhbusu, AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı həbsindən qabaq təhsil aldığı Sumqayıt Dövlət Universitetinə bərpa olunub. Bu barədə C.Savalanlının özündən məlumat almışıq.
Savalanlı bildirib ki, Universitetdə təhsilini ikinci kursun ikinci semestrindən davam etdirəcək. O, artıq bu gün Universitetdə olub və sabahdan etibarən dərslərdə iştirak edəcək.
C.Savalanlı 2011-ci il fevralın 5-də uydurma narkotik ittihamı ilə həbs ediləndən bir qədər sonra oxuduğu Sumqayıt Dövlət Universitetindən xaric edilmişdi.
XS
SM
MD
LG