Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:17
Bakıda partlayan Qazaxıstan gəmisində ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır.

Bu barədə APA agentliyi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji
Anatomiya Birliyi Xətai rayon şöbəsinin baş həkimi Şahin Quliyevə istinadla məlumat verir.

Baş həkim ölənlərin şəxsiyyətinin artıq müəyyənləşdirildiyini bildirib.

Ekspertizanın yekun rəyi müayinə başa çatdıqdan sonra açıqlanacaq.

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin məlumatına görə, həlak olanlar gəminin kapitanı Hacı Xalutayev, mexanik Sahib Feyzullayev, dənizçi Maarif Ağayev və qaynaqçı Mehman Hacıyevdir.

Bu gün Xətai rayonundakı Zığ limanında balıqçı gəmisində partlayış baş verib.

İlkin məlumata görə, hadisə təmir işləri zamanı baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG