Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:56

Övladını xaricə oxumağa hara göndərməli?


Quacquarelli Symonds təşkilatı ilk dəfədir ki, dünyada ən yaxşı tələbə şəhərlərinin reytinqini hazırlayıb.
Reytinqdə Avropa şəhərləri birinci yerləri tuturlar.

Dünyanın ən yaxşı tələbə şəhəri isə Paris hesab olunub.
50 ən yaxşı tələbə şəhəri arasında ikinci yerdə Londondur.
Moskva 37-ci yerdədir.

Quacquarelli Symonds-un hesabatı hazırlayan tədqiqatçısı Ben Sowter izah edir ki, universitetlərin sayına və keyfiyyətinə görə, London Parisdən heç də geri qalmır. Ancaq Parisə birinci yer ona görə verilib ki, Parisdə təhsil və həyat daha ucuzdur.

Fərq isə doğrudan da böyükdür. Avropa Birliyindən olmayan tələbə Londonda təhsilə ildə 20 min funt sterlinq verməlidir.
Parisdə isə bu, 20 dəfə azdır.

Tələbələr üçün ən yaxşı şəhərlər dünya səviyyəli universitetlərin olması və sayı, təhsil haqqı, həyatın keyfiyyəti kimi indikatorlar əsasında müəyyən olunub.
Həyatın keyfiyyətinə isə cinayətkarlığın səviyyəsi, normal yaşamağa lazım olan pul və s. daxildir.

Siyahıda ilk 10-luq isə belədir:

1. Paris (Fransa)
2. London (Britaniya)
3. Boston (ABŞ)
4. Melburn (Avstraliya)
5. Vyana (Avstriya)
6. Sidney (Avstraliya)
7. Sürix (İsveçrə)
8. Berlin (Almaniya)
9. Dublin (İrlandiya)
10. Monreal (Kanada)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG