Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:44

ABŞ,Əfqanıstan və Taliban arasında danışıqlar gedir


Əfqanıstan prezidenti Hamid Karzai ABŞ, Əfqanıstan və Taliban arasında 3 tərəfli danışıqlar aparıldığını deyir.

Bu barədə Wall Street Journal qəzeti yazır.

Karzai Taliban hərəkatının birmənalı şəkildə 10 ildir ki, ölkədə davam edən müharibənin dayandırılmasında maraqlı olduğunu deyir.

Amma Karzai görüşün yeri və detalları barədə məlumat verməkdən imtina edib.

Taliban hərəkatı bundan əvvəl Əfqanıstan hökumətilə dialoqa girməkdən imtina edirdi.
XS
SM
MD
LG