Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:55

Şotlandiya müstəqil olacaqmı?


Şotlandiyada referendumun vaxtı hələ təyin olunmayıb, ancaq şotlandlar referendumun bir addımlığındadır.

Referendumda sual isə belə olacaq ki, şotlandlar Birləşmiş Krallıqdan çıxıb, müstəqil olmaq istəyirlərmi?

Arayış: Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı adlı dövlətə İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya daxildir.

Britaniyanın baş naziri David Cameron Edinburqa gedir. O, burda Şotlandiya hökumətinin başçısı Alex Salmondla referendum məsələsini müzakirə edəcək.

İlkin məlumatlara görə, Cameron referenduma cəmi bir sual salınmasını istəyir. O, ümid edir ki, Birləşmiş Krlalıqdan çıxmaq sualı tək olsa, şotlandlar bu suala “yox” cavabını verəcəklər.

ŞOTLANDLAR MÜSTƏQİLLİYƏ SƏS VERƏCƏKMİ?

Uzun illər şotlandların əksəriyyəti Birləşmiş Krallıqdan çıxmaq istəməyib. Ancaq son rəy sorğuları iki düşərgə arasında fərqin azaldığını göstərir.

Müşahidəçilərin fikrincə, hər şey 2014-cü ilə gözlənilən referendumun necə keçirilməsindən asılı olacaq.

Britaniya hökuməti sualın kəskin və birbaşa qoyulmasını istəyir.

Müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) əksəriyyət təşkil etdiyi Şotlandiya hökuməti isə iki sual qoymağı fikirləşir: birinci sual müstəqillik haqda olacaq, ikinci sual isə Birləşmiş Krallıq daxilində Şotlandiyanın daha çox səlahiyyət alması ilə bağlıdır. Şotlandiya hökuməti bu iki sualı elə qoymaq istəyir ki, seçici müqayisə edəndə, müstəqilliyə səs versin.

SNP həmçinin çalışır ki, 16 və 17 yaşlılar da səs verə bilsinlər. Çünki gənclər müstəqilliyə daha çox tərəfdardırlar. Hazırda səs vermə hüququ 18 yaşdan başlanır.

ŞOTLANDİYA KRALLIQDAN NECƏ AYRILACAQ?

Yerli müşahidəçilər buna məxməri boşanma adını qoyublar. Kraliça Elizabeth şotlandların dövlət başçısı kimi qalacaq, Britaniya funt sterlinqi də şotlandların yenə milli pulu olacaq.

Ancaq qəliz məsələlər də var. Britaniyanın atom hərbi sualtı gəmilərinin taleyi necə olacaq?
Bu gəmilər hazırda Şotlandiyanın dərin göllərində qərarlaşır.
Şotlandiyanın Birinci Nazirinin müavini Nicola Sturgeon deyir :"Biz Şotlandiya sahillərində atom sualtı gəmilərinin olmasını istəmirik”.
“Şotlandiya müstəqil olanda da bizim belə silahımız olmayacaq.”

Sturgeon hətta deyib ki, “şotlandların çoxusu ona görə müstəqillik istəyir ki, belə atom silahlarımız olmasın”.
Ancaq Londona bu sualtı qayıqlara yer tapmaq lazımdır. Ola bilər ki, belə yeri axtra-axtara İngiltərə gəmiləri yad ölkədə- Şotlandiyada ömürlərini başa vursunlar.


MÜSTƏQİL ŞOTLANDİYA DƏRHAL AVROPA BİRLİYİNİN ÜZVÜ OLACAQMI?

Bunu heç kim bilmir. Avropa Birliyinin müqavilələrində də bu barədə heç nə yazılmayıb ki, Birliyin üzvü olan ölkənin bir hissəsi müstəqil olsa, onda o hissə Birlik üzvü olurmu?

Bəziləri hesab edir ki, Şotlandiya Birləşmiş Krallığın varis dövlətidir, ona görə avtomatik Avropa Birliyinə üzv olmalıdır.

Şotlandiyanın SNP partiyasından Avropa Parlamentində deputat olan Alyn Smithin fikrincə, Şotlandiyanın Avropa Birliyinə üzvlüyü avtomatik olacaq.

Ancaq Brüsseldə başqaları fikirləşirlər ki, Şotlandiya üzv olmaq istəyən o biri ölkələr kimi danışıqlar mərhələlərini keçməli olacaq.

MÜSTƏQİL ŞOTLANDİYA AVROYA KEÇƏ BİLƏRMİ?

Əgər deyildiyi kimi, Şotlandiya Birləşmiş Krallığın varis dövlətidirsə, onda gərək Birləşmiş Krallığın pulunu da, yəni funt sterlinqi miras götürə.
Ancaq Avropa Birliyinin yeni üzvlərin hamısı bir gün avroya keçməlidir.
Bu iki məcburiyyəti bir araya necə gətirəcəklər?- məlum deyil.

Burda presedent İsveç ola bilər.
İsveç söz verib ki, gələcəkdə avroya keçəcək.
Ancaq 2003-cü ildən bəri İsveç hər dəfə referendum keçirib, avroya indi keçməyi rədd edir.
Gələcəkdə keçmək vədi isə dəyişməz qalır.

AVROPA BİRLİYİNİN DİGƏR ÜZVLƏRİ ŞOTLANDİYANIN MÜSTƏQİLLİYİNƏ NECƏ BAXACAQ?

Bu, məlum deyil. Brüsseldəki Avropa Siyasəti Mərkəzinin təhlilçisi Fabian Zuleeg deyir ki, Şotlandiyanın müstəqilliyi separatizmlə üzləşən İspaniya kimi ölkələrdə qorxu yarada bilər.
“Həmin ölkələr Avropa Birliyi daxilində separatizmə müsbət presedent yarandığını düşünə bilərlər”.

“Ona görə Şotlandiya gərək Birlik üzvlərinə sübut edə ki, Şotlandiyanın nümunəsi xüsusi haldır və presedent deyil”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG