Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:53

Xristian və müsəlman ailəsində uşaqlar səhv düşüb


Sağdan-sola: Anna İsgəndərova atası Nemətlə, İrina anası Yuliya Belyayeva ilə.

Sağdan-sola: Anna İsgəndərova atası Nemətlə, İrina anası Yuliya Belyayeva ilə.

Valideynlər 12 ildən sonra qızların qarışıq düşdüyünü biliblər

Rusiyada məhkəmə pravoslav və müsəlman ailələrinin uşaqlarının xəstəxanada səhv salınması ilə bağlı işə baxır. Bu səhvin ucbatından hazırda pravoslav ailənin qızı tacik valideynlər tərəfindən böyüdülür. Əvəzində müsəlman qız isə rus ata-anasının yanında qalır.

Qızların hər ikisi eyni vaxtda eyni xəstəxanada - 1998-ci ilin dekabrında Ural vilayətinin Kopeysk şəhərindəki doğum evində dünyaya göz açıblar. Düz 12 il həkimlərin xətasından bixəbər valideynlər özgə qızlarını özlərinki kimi böyüdüblər.

QIZLAR BÖYÜDÜKLƏRİ AİLƏNİ DƏYİŞMƏK İSTƏMİR

Lakin uşaqlar böyüdükcə, valideynlər şübhələnməyə başlayıb. Belyayevlər boşanandan sonra ata qızı Anya üçün aliment verməkdən imtina dib. O, qızın qarabəniz olduğunu, özünə qətiyyən bənzəmədiyini əsas gətirərək Anyanın atası olmadığını iddia edib. DNT testi atanın sözlərini təsdiqləyib – Anya heç bir valideyninin genini daşımırmış.

Polis işə qarışandan sonra Belyayevlər öz biloji qızlarını eyni şəhərdə yaşayan İsgəndərovların ailəsində tapıblar. Onların qızı İrina həmişə ağbənizliyi ilə seçilirmiş. Məlum olub ki, həkimlər doğum evində uşaqları səhv salıblar.

Məsələnin üstü açılandan sonra qızlar böyüdükləri ailənin yanında qalmaq istədiklərini bildiriblər. Amma indi Yuliya Belyayeva öz biolji qızına sahib çıxmaq istəyir. Deyir ki, o, qızı Anyanın müsəlman adətlərinə uyğun böyüdülməsindən narahatdır.

QIZIMIZIN MİNİ GEYİNİB OĞLANLA GƏZMƏSİNƏ İCAZƏ VERMİRİK

Nemət İsgəndərov isə rus qadının istəyi ilə razılaşmır. Deyir ki, hər iki ailənin özünə məxsus adət-ənənələri var:

“Bizim uşaqlar tez-tez kinoya getmir, internetdə çox vaxt keçirmirlər. Biz qızlarımızı mini ətək geyməsinə, oğlanlarla oynamasına icazə vermirik. Görünür, Belyayeva qızımızın diskotekaya getmədiyindən, oğlanla gəzmədiyindən narahatdır”.

Hər iki ailə yerli xəstəxana rəhbərliyini məhkəməyə verib və bu səhvə görə maddi təzminat tələb edib. Artıq məhkəmə hər bir ailəyə 3 milyon rubl kompensasiya verilməsinə dair qərar çıxarıb. Belyayevlər və İsgəndərovlar qərara alıblar ki, qonşu olsunlar və tez-tez bir-birilərinə baş çəksinlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG