Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13

Havalar yenidən soyuyur


Fevralın 18-i axşamdan qərb rayonlarından başlayaraq, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək, sulu qar və qar yağacaq.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu yayıb.

Belə hava şəraiti fevralın 21-dək davam edəcək. Bu müddətdə ölkə ərazisində hava şəraiti yenidən yağıntılı olacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcək, temperatur ötən günlərə nisbətən 3-5 dərəcə enəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG