Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:24

Kür çayı Salyan və Neftçala üçün yenidən təhlükə yaradır


Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi sürətlə qalxır. Məlumatı APA Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsinin direktoru Əkbər Həsənov istinadən yayıb.

Onun dediyinə görə, təkcə fevralın əvvəlindən indiyə kimi çayın səviyyəsi Salyan rayonunda 75 santimetr, Neftçalada isə 35 santimetr qalxıb. Çayda suyun qalxmasına səbəb kimi yağıntıların və qarın əriməsi göstərilir. Hazırda Kür çayında saniyədə 500 kubmetr su sərfi var. Bundan sonra da çayda suyun səviyyəsinin artması gözlənilir.

Əkbər Həsənovun sözlərinə görə, Kürün səviyyəsi daha 1-1,2 metr qalxarsa, hər iki rayon üçün təhlükə yarana bilər.
XS
SM
MD
LG