Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:41

Gəncə Dövlət Universitetinin keçmiş müəllimi aclıq aksiyası keçirir


Fikrət Hacıyev

Fikrət Hacıyev

-
Gəncə Dövlət Universitetinin Ümumi fizika kafedrasının baş müəllimi Fikrət Hacıyev fevralın 10-dan aclıq aksiyası keçirir. Artıq 7 gündür ki, o, deməsinə görə, ancaq su qəbul edir. Dərsə gəlməyən tələbələrə qaib yazdığı üçün işdən azad edildiyini bildirən Fikrət Hacıyev aksiyanı yeganə çıxış yolu sayır:

«TƏLƏBİM İŞİMƏ BƏRPA OLUNMAQ VƏ...»

«Fevralın 10-dan aclıq aksiyasına başlamışam. Mən dekabrın 14-də müəllimlik yerimə gizli səsvermədən keçmədiyimə etiraz edirəm. Məni işdən çıxartdılar. Məhkəməyə müraciət etsəm də, hamı məhkəmənin də qərəzli olduğunu gördü. Tələbim işimə bərpa olunmaq və məni bu əzaba salan məmurların cəzalandırılmasıdır».

Fikrət Hacıyev işindən uzaqlaşdırılmasını sifariş hesab edir:

«UNİVERSİTETDƏ ORTA SAVADI BELƏ OLMAYAN ÇOXLU SAYDA MÜƏLLİM VAR»

«Məhkəmə zalına şahid kimi dəvət olunan kafedra müdirim Zakir Zeynalov qohumlarıma açıqca dedi ki, bu, yuxarıdan olan sifarişdir. Tapşırıqla məni işdən azad ediblər. Universitetdə orta savadı belə olmayan çoxlu sayda müəllim var. Nədənsə onları heç kim qovmur. Universiteti fərqlənmə ilə bitirmişəm. Müharibə veteranıyam».

7 gündür ki, aclıq aksiyası keçirən müəllimdə halsızlıq, başgicəllənmələri var. Bununla belə o, özünü ümumən yaxşı hiss etdiyini deyir:

Təcili Tibbi Yardım Stansiyasının həkimi Siyavuş Ağayev

Təcili Tibbi Yardım Stansiyasının həkimi Siyavuş Ağayev

«52 YAŞINDA YENİ İŞ YERİ TAPMAQ MÜMKÜN DEYİL»

«Uzunmüddətli aclıq aksiyasını davam etdirə biləcəyimi düşünürəm. Əlacsızlıqdansa bu, yaxşıdır. Onsuz da çıxış yolum yoxdur. Maaşımı əlimdən alıblar. 52 yaşında yeni iş yeri tapmaq mümkün deyil. Müharibə veteranı kimi 30 manat alırdım. Allah prezidentimizin canını sağ eləsin. Artırdı 33 manat elədi. Bu, işıqpulu, supulunu görür. Aclıq keçirmək də mənim təşəbbüsüm deyil. Dövlətin təşəbbüsüdür ki, ay müəllim acından öl».

Təcili Tibbi Yardım Stansiyasının həkimi Siyavuş Ağayev isə deyir ki, Fikrət Hacıyevin təzyiq və ürəkdöyünmələri normaldır:

«Ola bilər, aclıqla əlaqəli ümumi halsızlıq var. Amma artıq mütəmadi yoxlanılacaq...».

Baş müəllim bu vəziyyətə düşməsində kafedra müdiri Zakir Zeynalovu da günahlandırır. Zakir Zeynalov isə gizli səsvermənin nəticələrinə görə heç kimin onu günahlandırmağa haqqı olmadığını deyir:

«UNİVERSİTETİN KAFEDRA MÜDİRİ DEYƏRMİ Kİ...»

Almaz İsgəndərova

Almaz İsgəndərova

«Əsaslandırılmış rəydə də yazmışam ki, dərsləri qənaətbəxşdir və növbəti 5 ildə dərs deyə bilər. Mən səsverməyə buraxmışam. Ağıllı şəxs, universitetin kafedra müdiri deyərmi ki, yuxarıdan deyiblər, Fikrət Hacıyevi qərəzli çıxarıblar. Onların bütün danışıqları uydurmadır. Şuranın 16 üzvü var, onlardan 12-si səs verməyib. Bu da gizlidir».

Fikrət Hacıyevin yaxınları onun səhhəti ilə də bağlı çox narahatdırlar. Bacısı
Almaz İsgəndərova yenə də qardaşını dəstəklədiyini deyir:

«İŞLƏDİYİ MÜDDƏTDƏ 1 QƏPİK RÜŞVƏT ALMAYIB»

«Haqsız işdən azad olunub. Hamımızın tələbidir ki, işinə bərpa olunsun. Uşaqlarını oxutmalıdır. Çox narahatam, səhərdən evdə otura bilməmişəm. Durub gəlmişəm ki, vəziyyəti nə yerdədir. İşlədiyi müddətdə 1 qəpik rüşvət almayıb. Budur gün-güzəranı, ehtiyac içində yaşayıb. Cəmiyyət üçün savadlı 2 övlad böyüdüb».

Fikrət Hacıyev 18 il Gəncə Dövlət Universitetində çalışıb. İddia edir ki, onu uzun müddət dərsə gəlməyən tələbələrə qaib yazdığı və rüşvət almadığı üçün işdən çıxarıblar.

Şərhləri göstər

XS
SM
MD
LG