Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:53

Gürcüstana qarşı film, hüquq müdafiəçilərinin «Eurovision» davası...


Foto: Arxiv

Foto: Arxiv

«Azadlıq» qəzeti yazır ki, «Bakıda Gürcüstan əleyhinə film göstəriləcək». Amma bir qrup adam buna qarşı çıxır.

Bir qrup «Facebook» istifadəçisi «Park Sinema» kinoteatr rəhbərliyinə müraciət edib. Onlar Rusiya istehsalı olan «2008-ci ilin avqustu» filminin nümayişindən imtina etməyi xahiş ediblər .

«Sahibkarlar Şirvan şəhər icra hakimiyyətinə basqın etdi». «Yeni Müsavat» qəzeti yazır ki, şəhərin mərkəzində yeni tikilən bazardan yer alan sahibkarlar aldandıqları deyirlər. Onlar icra hakimi ilə görüşmək istəyib, amma bu görüş baş tutmayıb. Sahibkarlar ticarət mərkəzinin rəhbərinin onlardan pul alıb yoxa çıxdığını bildirirlər.

«Bizim yol» qəzeti yazır ki, ««Eurovision» hüquq müdafiəçilərini iki cəbhəyə ayırdı»:

«Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, «Eurovision»la bağlı beynəlxalq kampaniyaya ehtiyac yoxdur. Siyasi məhbuslar və digər problemlər ölkə daxilində-hakimiyyətlə dialoqa gedilərək həll edilməlidir. Leyla Yunus isə deyir ki, «Mən Azərbaycanda baş verənlərlə bağlı xarici mediaya məlumat verməkdə davam edəcəm. Jurnalist Şahvələd Çobanoğlu isə deyir ki, «Novella xanım hakimiyyətin bizə qarşı apardığı kampaniyada iştirak edir…».

«Yeni Azərbaycan» qəzeti isə həbsdə olan AXCP üzvü Ruslan Bəşirli ilə bağlı gənclərin flaşmob keçirməsini tənqid edir:

«Əslində radikal düşərgədən bundan artıq nə isə gözləmək özü düzgün deyil. Adını «siyasətçi» qoymuş radikal düşərgədə başçıların aldadıb ətrafına yığdığı gəncləri hansı yola sürüklədikləri ortadadır…».

Günün bütün mövzuları

XS
SM
MD
LG