Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:00

Bakıda zəncirvari qəza baş verib


Bakıda zəncirvari qəza baş verib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Yasamal rayonu ərazisində Xarici Dairəvi Yolda qeydə alınıb. Qəza zamanı 20-yə yaxın avtomobil bir-birinə dəyib. Nəticədə xəsarət alan olmasa da, bir-neçə avtomobilə ciddi ziyan dəyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəyə yolun buz bağlaması səbəb olub. Nəticədə 5-6 maşına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG