Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:18

Kosovoda referendum keçirilib


Kosovonın şimalında referendum keçirilib. Referendumda sual belədir ki, serblər Pristinadakı Kosovo hakimiyyətini tanıyırlar yoxsa yox.

Rəsmi məlumata görə, səsvermədə 35 min qeydiyyatdan keçmiş seçicinin 60 faizi iştirak edib. Səsvermə iki gün davam edib.

Gözlənilir ki, səsvermədə iştirak edənlərin böyük əksəriyyəti Pristinadakı Kosovo hakimiyyətinin tanınması ilə bağlı neqativ cavab verəcək. Referendumun nəticəsi heç bir hüquqi qüvvəyə malik olmayacaq.

4 il əvvəl Serbiyadan ayrılaraq öz müstəqilliyini elan edən Kosovo hakimiyyəti referendum keçirilməsini tənqidlə qarşılayıblar. Bildiriblər ki, onların səlahiyyəti artıq respublikanın bütün ərazisinə yayılıb. Kosovonın müstəqilliyini tanımayan Belqrad da səsvermənin keçirilməsini tənqid edib. Amma Kosovo serbləri referendum keçirilməsinə qarşı çıxmayıblar.
XS
SM
MD
LG