Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:40

Pakistan, İran və Əfqanıstan prezidentlərinin sammiti başlayır


Bu gün İslamabadda Pakistan, İran və Əfqanıstan prezidentlərinin ikihəftəlik sammiti başlayır. Sammitdə əsasən terrorla mübarizə müzakirə olunacaq. Gözlənilir ki, görüş zamanı narkotik maddə qaçaqmalçılığı və alverinə qarşı tədbirlər də götür-qoy olunacaq.

Bu arada görüş ərəfəsində İranın Qərb ölkələri ilə münasibətləri getdikcə daha da gərginləşir.

Bu həftə İsrail İranı Gürcüstan, Hindistan və Tailanddakı İsrail diplomatlarına hücum etməkdə günahlandırıb.

İranın prezidenti Ahmadinejad dünən nüvə proqramı ilə bağlı yeni nəaliyyətlərdən danışıb, deyib ki, Qərb ölkələri sanksiyalar tətbiq etməklə də İranı nüvə proqramı ilə bağlı fəaliyyətindən yayındıra bilmədi.

Çərşənbə günü rəsmi Tehran altı Avropa İttifaqı ölkəsinə neftin verilməsinin dayandırılması ilə bağlı İran mətbuatının yazdıqlarını da təkzib edib.

İranın ərəb dilli telekanalı “Al Alam”ın yaydığı məlumata görə, Avropa İttifaqının xarici siyasətlə bağlı ali nümayəndəsi Catherine Ashtona ünvanlanmış məktubda Tehran nüvə proqramı ilə bağlı konstruktiv danışıqlara hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG