Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:28

BBC 74 milyon tamaşaçıdan üzr istədi


BBC özünün dünyadakı 74 milyon tamaşaçısından “qaydaları pozduğuna görə” üzr istəyib.

Üzrxahlığa səbəb BBC World News-un yaydığı bəzi sənədli filmlərdir.

Qalmaqal isə keçən il Britaniyanın “İndependent” qəzetinin araşdırmasında üzə çıxdı.
“İndependent” maraqlanıb ki, necə olur ki, BBC Britaniyanın FBC Media şirkətindən sənədli filmi almağa cəmi 1 funt sterlinq verir?

Araşdırma nəticəsində məlum olub ki, Malayziya haqda BBC-də nümayiş olunan 8 filmi çəkməyə həmin FBC Media Malayziya hökumətindən 17 milyon funt sterlinq alıb.
Həmin filmlər Malayziyanın mübahisəli palma yağı sənayesini müsbət işıqlandırırdı.

Araşdırmaya görə, FBC Media filmlərin çəkiliş pulunu Malayziya hökumətinin verdiyini BBC-dən gizlədib.

Bundan başqa, keçən ilin yazında BBC FBC Medianın Misir hadisələri haqda filmini göstərmişdi.
Sonra məlum olub ki, bu filmin çəkilişinə də pulu Mübarək rejimi veribmiş.

BBC-nin redaktə standartları komitəsi öz araşdırmasını aparıb və bildirir ki, bu filmlərin nümayişində qaydalar 15 dəfə pozulub.

BBC bildirir ki, sənədli filmlərin yerli hökumətlər tərəfindən maliyyələşdirildiyini bilməyib və öz tamaşaçılarından üzr istəyir.
BBC bəyan edir ki, o, yüksək jurnalistika standarlarına sadiq olaraq qalır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG