Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:40

Stratfor: "Ermənistan Rusiyanı özünə patron seçib"


Ilham Əliyev STRATFOR-un sahibi George Friedmanla

Ilham Əliyev STRATFOR-un sahibi George Friedmanla

2012-ci ildə Rusiyanın Cənubi Qafqazda hansı fəallığı gözlənilir və buna Ermənistan, Gürcüstan və Azərbaycan necə cavab verəcək?
Stratforun yeni araşdırması bu barədədir.

ERMƏNİSTAN

İran, Türkiyə, Gürcüstan və Azərbaycanla sərhəd olan Ermənistan Rusiyaya Qafqazda “strateji ayaqyeri” verir.

Rusiyanın təsir vasitələri

Siyasi: Rusiya Ermənistan prezidenti Serj Sarkisyanı dəstəkləyir, onunla tərəfdaşdır, eyni zamanda keçmiş prezidentlər Ter Petrosyan və Kocharianla yaxşı əlaqələri var.

Sosial: Rusiyada 1 milyon 500 mindən 2 milyon 500 minə kimi erməni yaşayır.
Bundan başqa Ermənistan əksəriyyəti müsəlman olan Qafqazda Ortodoks Xristianlıq dayağıdır.

İqtisadi: Ermənistanda kəmərlərin, dəmiryollarının, enerjinin, telekommunikasiyaların çoxunu Rusiya alıb.
Rusiyada işləyən ermənilərin Ermənistana göndərdiyi pul Ermənistanın Daxili Məhsulunun 10 faizidir.

Rusiyanın uğurları, çətinlikləri və ambisiyaları

Son iki ildə Rusiya Ermənistanda hərbi mövcudluğunu gücləndirib. Hərbi obyektlərin icarəsi 2044-cü ilə kimi uzadıldı.
Rusiya öz qoşunlarının Ermənistanda sərbəst hərəkətinə icazə aldı.
Rusiya həmçinin Ermənistanla Türkiyənin münasbətlərinin normallaşması ilə manipulyasiya edərək özünün Azərbaycanla və Ermənistanla münasibətlərini gücləndirdi.

2012-ci ildə Rusiyanın Ermənistanda məqsədləri indiki təsir vasitələrini əlində saxlamaq və Ermənistanı Vahid İqtisadi Məkana və Avrasiya Birliyinə inteqrasiyaya hazırlamaqdır.

Moskva həmçinin Yerevanla Bakı arasında bölünməni, fikir ayrılıqlarını saxlamaq istəyir.

Ermənistanın mövqeyi və strategiyasl

Çətin coğrafi və etnik mühitdə olan Ermənistan özünü müdafiə etmək üçün həm daxili konsolidasiyaya, birliyə nail olmalıdır, həm də xaricdə özünə himayəçi tapmalıdır ki, onu xarici böyük qüvvələrdən müdafiə etsin.
Ermənistan Rusiyanı özünə belə patron, himayəçi seçib.

Başqa xarici böyük qüvvələrin Ermənistana təsiri azdır.
ABŞ-da və Fransada əhəmiyyətli erməni diasporu yaşayır, ancaq onların Ermənistana təsiri siyasidən çox, iqtisadidir.

Ermənistan Rusiyanın orbitində möhkəm dayanıb.
Ermənistan Moskvaya loyal olmaqda davam edəcək və Moskvanın regiondakı səylərində iştirak edəcək.

GÜRCÜSTAN

Gürcüstanın coğrafi mövqeyi Rusiya üçün strateji əhəmiyyətlidir. Gürcüstan Rusiya ilə İran və Türkiyə arasında buferdir, həmçinin Çeçenistanla sərhəddir, Qara Dənizə çıxışı və strateji limanları var.

Rusiyanın təsir vasitələri

Siyasi: Moskvanın Gürcüstan hakimiyyəti və biznes dairələri ilə əlaqələri zəifdir.
Bəzi müxalifət liderləri ilə Rusiyanın əlaqələri var.
Həmin müxalifət liderləri Rusiya ilə daha sıx bağlılığa çağırırlar.

Təhlükəsizlik: Rusya Cənubi Osetiya və Abxaziyanı işğal edib. Bu ərazilərin hər birində 3500 Rusiya əsgəri var.

İqtisadi: Rusiyada 1 milyon gürcüstanlı var və
Onlar qazandıqları pulun bir hissəsini Gürcüstana göndərirlər.

Rusiyanın uğurları, çətinlikləri və ambisiyaları

Rusiya Abxaziya və Cənubi Osetiyadakı hərbi obyektlərin icarəsini 49 il uzatdı.

Rusiyanın Fransa, Almaniya kimi əhəmiyyətli NATO üzvləri ilə münasibətləri NATO-nu Gürcüstandakı Rusiya mövcudluğuna qarışmaqdan çəkindirir.

Eyni vaxtda Rusiya da anti-Rusiya mövqeyində dayanan Saakaşviliyə qarşı çıxa bilən əhəmiyyətli müxalifət hərəkatı yarada bilməyib.

Yaxın aylarda və ildə Rusiya bu hərəkatı yaratmaq səylərini gücləndirəcək. Rusiya eyni zamanda Qərbi, o cümlədən ABŞ-ı Gürcüstanda fəallaşmaqdan qıraqda saxlamaq istəyir

Gürcüstanın mövqeyi və strategiyası

Bir çox sovet respublikaları kimi Gürcüstan daxildən parçalanıb, həm coğrafi, həm də siyasi cəhətdən.

Abxaziya və Cənubi Osetiyada oturan Rusiyaya qarşı çıxa bilmək üçün Gürcüstana xarici patron lazımdır. Mədəni və tarixi baxımdan İran və Türkiyə Gürcüstan üçün patronluğa yaramır.

Gürcüstan öz şanslarını Qərblə sınayır.
Ancaq regionun geosiyasi mürəkkəbliyi və Rusiyanın Gürcüstana strateji təhlükəsi qabağında Qərb Gürcüstana təhkükəsizlik təminatı verməyə meyilli deyil.

Gürcüstan Rusiyaya qarşı çıxmaqda fəal olsa da, Qərbin qarışması üçün lobbiçilik etsə də, indiyə kimi Qərbdən əhəmiyyətli kömək ala bilməyib.

Ancaq bu, o demək deyil ki, Gürcüstanın Rusiyaya alternativi yoxdur. Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edərək enerji və ticarət üçün cənub dəhlizi qurur.
Ancaq bu əməkdaşlıq iqtisadiyyat və siyasətlə məhdudlaşır və hərbi cəhətdən Gürcüstanı təklənmiş qoyur.

Gürcüstan düşünürdü ki, ABŞ və İsrailin köməyi ilə öz hərbisini quracaq, ancaq Rusiya bu səylərin qabağını ala bilir.

Nə qədər ki, Rusiya güclü mövqedədir və fəallaşmaqdadır, Gürcüstan Qərblə istədiyi təhlükəsizlik münasibətlərini qura bilməyəcək.
Rusiya isə Gürcüstanın içində siyasi və iqtisadi bağlar yaratmaqda çətinlik çəkəcək.

AZƏRBAYCAN

Azərbaycan cənub dəhlizinin vacib hissəsidir. Bu dəhliz Rusiyanın enerji və ticarət sahəsində əhəmiyyətini laxlada bilər.

Rusiyanın təsir vasitələri

Siyasi: Rusiya Dağlıq Qarabağ mübahisəsinə görə Azərbaycanla Ermənistan arasındakı danışqlar prosesində dominant rol oynayır.

Moskvanın Yerevanla müqayisədə Bakı ilə güclü siyasi əlaqələri yoxdur.
Ancaq Moskvanın Dağlıq Qarabağın siyasi və təhlükəsizlik elitası ilə güclü bağlılığı var.

Sosial: Rusiyanın Azərbaycanla etnik və ya sosial bağlılığı yoxdur.

Təhlükəsizlik: Rusiya Azərbaycanda Qəbələ radar stansiyasını işlədir.
Rusiya kəşfiyyatının Azərbaycanda geniş şəbəkəsi var.

İqtisadiyyat: Rusiya Azərbaycanın enerji ehtiyatlarına nəzarət edə bilmir. Ancaq təklif edir ki, Azərbaycanın bütün qazını alsın.

Rusiya işləyən azərbaycanlılar evlərinə pul göndərir, ancaq bu pulun Daxili Məhsulda payı azdır.

Rusiyanın uğurları, çətinlikləri və ambisiyaları

2010-cu ildən Rusiya ona rəqib olan Nabucco, Türkiyə-Yunanıstan-İtalya kimi enerji layihələrində Azərbaycanın irəliləməsini məhdudlaşdıra bilib.

Ancaq Azərbaycan öz enerji resurslarının yalnız bir hissəsini Rusiyaya satıb və Azərbaycan digər ölkələrə öz ixraclarını artırmaqda davam edir və cənub dəhlizinin digər layihələrində iştirakını artırır.

Rusiyanın Azərbaycanda məqsədi Azərbaycanla Türkiyənin enerji və təhlükəsizlik sahəsində daha sıx münasibətlərinin qabağını almaqdır.

Rusiya həmçinin kəmərlər məsələsinin bəhrəsiz olmasına çalışır.

Azərbaycanın mövqeyi və strategiyası

Ermənistan və Gürcüstan kimi Azərbaycan daxildə konsolidasiya etməlidir, birləşməlidir. Azərbaycan mərkəzləşmiş hakimiyyət və təhlükəsizlik aparatı vasitəsilə birləşir.
Ancaq Ermənistan tərəfindən dəstəklənən və Rusiyanın hərbi təminatı verilən Dağlıq Qarabağ Azərbaycanın suverenliyini pozur.

Ermənistan və Gürcüstandan fərqli olaraq güclər arasında tarazlıq yaratmaqda isə Azərbaycanın uğurları var.

Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, burda xarici qoşunlar yoxdur.

Azərbaycan öz enerji resurslarını öz bildiyi kimi istifadə edir.

Azərbaycan öz enerjisini bütün istiqamətlərdə- Rusiya, Türkiyə, Gürcüstan istiqamətində satır.

Təhlükəsizlik məsələsində Azərbaycan bilir ki, Ermənistanı müdafiə edən Rusiyaya və ya İrana istiqamətlənə bilməz.

Buna görə hərbidə və silah sazişlərində Azərbaycan Türkiyə ilə əməkdaşlıq edir, ancaq onu da anlayır ki, bu, Rusiya qabağında kifayət deyil. Ona görə Azərbaycan Ankaradan da məsafə saxlayır.

Bakı çox ehtiyatlı davranır, hərçənd Dağlıq Qarabağı geri qaytarmaq ritorikası var.
Azərbaycan diqqətini enerji sektorunu qurmaqda və enerji gəlirləri əsasında hərbi qüdrətini və iqtisadiyyatını yaratmaqda cəmləyib.

Azərbaycan öz suverenliyini Rusiyadan qorumaqda enerjidən və kəmərlərdən istifadə etməkdə davam edəcək.

Azərbaycan 2012-ci ildə bu strategiyasına nail ola biləcək.
Rusiyanın Azərbaycanın enerji imkanlarını laxlatmaq cəhdlərinə baxmayaraq Azərbaycan Cənubi Qafqazda Rusiyanın nüfuz edə biləcəyi ən çətin ölkədir.
Hərçənd Bakının bundan sığortası yoxdur.





.

Günün bütün mövzuları

XS
SM
MD
LG