Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:52
Məktəb yoldaşını bıçaqlamaqda təqsirli bilinən 16 yaşlı Vasif Mirələmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bu haqda hökm fevralın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.

Məlumatı AzadlıqRadiosuna onun atası, Xalq Cəbhəsi Partiyasının Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmov verib.

Təzəxan Mirələmov apellyasiya şikayəti verəcəyini deyir:

«Qərar tezbazar verildi. Dövlət ittihamçısı ən ağır iş istədi – 8 il. Bu işdə ağırlaşdırıcı hal yoxdur. Bu halda ona az iş verilə bilərdi. Hakim bizə oğlumla görüş vermədi. Amma məhkəmə zalında qısa söhbətdə dedi ki, ata, evdəkilərə de darıxmasınlar. Özü bizə təsəlli verirdi».

Vasif Mirələmov Cəlilabadın Şatırlı kənd sakini, 7 saylı orta məktəbin şagirdi Cavanşir Həsənliyə bıçaqla ağır xəsarət yetirməkdə təqsirli bilinirdi. Hadisə ötən il aprelin 5-də baş verib. Təzəxan Mirələmov

Təzəxan Mirələmov

Cavanşir Həsənli Cəlilabad Mərkəzi rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib. Səbəb çoxlu qan itirməsi olub.

Cavanşir Həsənli rayon polis şöbəsinin keçmiş əməkdaşı Həsən Həsənlinin oğludur.

Təzəxan Mirələmov deyir ki, məktəb yoldaşları oğluna atası müxalifətçi olduğuna görə lağ edirmişlər. Nəticədə onlar dalaşıblar.

Hadisə zamanı Təzəxan Mirələmli Bakıdakı xəstəxanaların birində müalicə alırdı. O, İctimai Palatanın aksiyasında polis tərəfindən zorakılığa məruz qalmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG