Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:21

Fevralın 26-da Suriyada referendum keçiriləcək


Suriya prezidenti Bashar Assad fevralın 26-da yeni konstitusiya ilə bağlı referendum keçiriləcəyini elan edib. Bu haqda Suriyanın dövlət televiziyası xəbər verib.

Konstitusiyaya dəyişiklik müxalifətin əsas tələblərindən biri idi.

Hökumət qoşunları ilə müxalifətçilər arasında baş verən qarşıdurma isə davam edir. Hüquq müdafiəçilərinin məlumatına görə, azı 20 adam öldürülüb. Ölənlərin çoxu Homs şəhərinin sakinləridir.

Homs şəhərində artıq bir neçə gündür ağır döyüşlər gedir. Bundan başqa Hama şəhərində də vəziyyət gərginləşib. Dəməşq ətrafına da döyüşlər gedir. Hökumət qoşunları ağır texnikadan istifadə edir.
XS
SM
MD
LG