Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:23

Diplomların seriyaları elektron qaydada müəyyənləşəcək


Azərbaycanda ali məktəbi bitirən məzunların diplomlarının seriyası ilk dəfə olaraq bu ildən xüsusi proqram təminatı vasitəsilə müəyyənləşəcək.

Bu barədə «Trend»ə Təhsil Nazirliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, proqram özü hansı seriyalı diplomun hansı məzuna verilməsini müəyyən edəcək. İndiyədək isə ali məktəblərin təqdim etdiyi siyahı əsasında nazirlik diplomların seriyasını müəyyən sıralanmış qaydada verib.

«Məsələn, 1-dən 100-dək olan seriyalar hansısa ali məktəbə verilirdi. Sonradan isə həmin seriyaların hansı məzunlara verildiyini öyrənmək üçün məktəblərdən yenidən siyahı alınırdı. Bu isə xeyli əlavə vaxt aparırdı», - nazirlikdən deyilib.
XS
SM
MD
LG