Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:08

Kilosu 150 manata alça, «şansı olmayan» İsa Qəmbər, «Eurovision» qalmaqalı…


Foto: Arxiv

Foto: Arxiv

«Azadlıq» qəzeti sual edir: «Bakıda kilosu 150 manata olan meyvəni kim alır?». Qəzet yazır ki, «Təzə bazar» və «Nəsimi» bazarında alça, moruq, gilas, gavalının kilosu minimum əməkhaqqından daha bahadır. Məsələn, «Nəsimi» bazarında alçanın qiyməti 150, moruğun kilosu 100 manatdır. Gilasın, gavalının kilosu 50 manat, üzümün bir salxımı 17-30 manat, ananas və kokosun qiyməti 25-40 manat arasındadır. «Təzə bazar»da isə Lənkəran çayının qiyməti 40-45 manatdan aşağı deyil…

«Bizim yol» qəzeti hüquq müdafiəçisi Novella Cəfəroğludan müsahibə götürüb. «Erməni də istəyər, «Eurovision» Bakıda keçirilməsin. Hakimiyyəti Azərbaycan içində tənqid etmək lazımdır, beynəlxalq təşkilatlarda yox. Mən «Eurovision»un keçirilməməsi üçün kampaniya aparılmasının əleyhinəyəm. Bəzi təşkilatlar deyirlər ki, Azərbaycanda kampaniya keçirilməsin. Bu siyasi səhvdir. Qarabağ məsələsinə mənfi təsir edə bilər. İkincisi, müsabiqənin keçirilməsi o demək deyil ki, siyasi məhbuslar həbsdə qalmalıdır. Siyasi məhbuslar buraxılmalı, hakimiyyət cəmiyyətlə dialoqa getməlidir». Novella Cəfəroğlu həmkarı Leyla Yunusa qarşı ittiham irəli sürüb: «Leyla Yunus həmişə özü üçün çalışıb…».

«Zerkalo» qəzeti İran-Azərbaycan münasibətlərindəki gərginliyin səbəbini araşdırır: «Faciəyə səbəb olacaq yanlış. Azərbaycan və İran arasındakı diplomatik savaşın sirri nədədir?». Qəzet yazır: «Heç kimə sirr deyil ki, çoxsaylı fondlar, mədəniyyət mərkəzləri İran casuslarının Azərbaycanda toplaşdığı yerdir. Bundan başqa, iki dövlət arasında casus qalmaqalı birinci dəfə deyil baş qaldırır. İsa Qəmbər

İsa Qəmbər

Üstü açılmamış bir neçə diversiya-terror aktlarında da İran izini axtarmaq olardı. Amma hər dəfə tərəflər diplomatik qalmaqallardan qaçmağa çalışıblar. Sual yaranır: bəs bu dəfə nə baş verib?..».

«Yeni Azərbaycan» qəzeti yazır: «Arif Hacılı İsa Qəmbərə qarşı ciddi ittihamlar səsləndirdi. O, öz sədrinin səriştəsizliyini və uğursuzluğunu növbəti dəfə ifşa etdi».

Qəzet Müsavat Partiyası icra aparatının həbsdəki sədri Arif Hacılının açıqlamalarını şərh edir: «Arif Hacılı İsa Qəmbərin «siyasi karyerası»nın uğursuzluqlardan ibarət olduğunu deyir. Göründüyü kimi, İsa Qəmbərin partiyada nəsil dəyişikliyinə getməkdən qorxduğunu deyən Arif Hacılı açıq şəkildə meydan oxuyur və nəsil dəyişikliyini həyata keçirəcəyini deyir. Məhz bu səbəbdən də hələlik Arif Hacılının həbsdən azad olunmasını istəməyən İsa Qəmbər yaxın zamanda qurultay keçirib niyyətinə nail olmaq istəyir. Yəni, Arif Hacılını zərərsizləşdirməyə çalışır. Onun bir tələskənliyi də 2013-cü il prezident seçkiləri ilə bağlıdır. Bu seçkidə heç bir şansı olmayan İsa Qəmbər sonuncu dəfə bəzi beynəlxalq dairələrdən pul qoparmaq niyyətindədir…».

Günün bütün mövzuları

XS
SM
MD
LG