Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:18

ABŞ Ermənistana iqtisadi yardımı 19 faiz kəsir


ABŞ 2013-cü büdcə ilində Cənubi Qafqaz ölkələrinə ayıracağı iqtisadi yardımı açıqlayıb.

Gələn il ABŞ Ermənistana 32,5 milyon dollar iqtisadi yardım ayıracaq. Ermənistana ayrılan yardım keçən ildəkindən 19 faiz azdır.

Regionda ən çox yardım NATO-ya üzv olmağa çalışan, geniş islahatlar aparan Gürcüstana ayrılacaq - 70,8 milyon dollar. Türkiyənin Milliyet qəzeti yazır ki, bu, Gürcüstan prezidenti Saakaşviliyə islahatlara görə mükafat kimi dəyərləndirilə bilər.

Azərbaycana ayrılan yardım 15,5 milyon dollar olacaq.
XS
SM
MD
LG