Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:22

Özbək sənətçiləri əyləncəli mərasim əvəzinə Baburun ad gününü qeyd ediblər

Özbək sənətçilərinə Sevgililər Günündə konsert vermək qadağan edlib. Bu haqda bir neçə gün əvvəl onlara qeyri-rəsmi göstəriş verilib.

Qərb ölkələrində əsl bayrama çevrilən Valentin Günü son vaxtlar əhalisinin əksəriyyəti müsəlman olan Özbəkistanda da qeyd olunur. Ölkə hakimiyyəti bu tendensiyanın güclənməsinin qarşısını almaq niyyətilə bu gün poeziya gecəsi təşkil edib. Paytaxtın ən böyük “İstiqlal” konsert sarayında əyləncəli proqramlar əvəzinə orta əsrlərin dövlət xadimi, məşhur şair və filosof Baburun ad gününə həsr edilmiş konsert təşkil olunub.

Hələ 2006-cı ildə Özbəkistanın Mətbuat və İnformasiya Dövlət Agentliyi bütün KİV-lərə 14 fevrala aid yazılardan çəkinməyi məsləhət görmüşdü. Hökumətin arqumenti bu idi ki, Valentin Günü qadını yoldan çıxaran xristian keşişin sevgi macəralarına həsr olunmuş qeyri-müsəlman bayramıdır. Elə həmin vaxtdan etibarən Valentin Günü bu ölkədə “qara siyahıya” düşüb.

Sevgililər Gününün əleyhdarları hesab edirlər ki, bu bayram insanları ehtiras və aludəçiliyə səsləyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG