Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:21

Kosovo serbləri referendum keçirir


Kosovo serbləri referendum keçirir.
İki günlük referendumda sual belədir ki, serblər Pristinadakı Kosovo hakimiyyətini tanıyırlar yoxsa yox.

Referendumun nəticəsi fevralın 19-da bilinəcək.

Avropa Birliyi, Serbiya Kosovo serblərini bu refrendumu keçirməməyə çağırırdılar.
Serbiya prezidenti Tadic deyib ki, referendum Serbiya ilə Kosovo arasında dialoqa kömək etmir.

Serbiya hazırda Avropa Birliyinə üzv olmağa çalışır. Brüssel isə istəyir ki, Belqrad Kosovo ilə münasibətləri yaxşılaşdırsın.

Serbiya Kosovonun müstəqilliyini tanımayıb.
Kosovoda 40 min serb yaşayır.
XS
SM
MD
LG