Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07
Azərbaycanda narkomanların sayı 2010-cu illə müqayisədə 2011-ci ildə 4.8 faiz artıb.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktor müavini Aytən Səmədova «Trend»ə deyib ki, yalnız 2011-ci ildə 1999 nəfər narkoman kimi qeydiyyata alınıb.

Hazırda Azərbaycanda 26716 nəfər narkoman var. 2010-cu ildə isə bu rəqəm 25489 nəfər olub.

Azərbaycanda qeydiyyata alınan narkomanların yalnız 511 nəfəri qadınlardır. Əvvəlki illərlə müqayisədə ölkədəki qadın narkomanların sayında elə ciddi dəyişiklik olmayıb.

Narkomanlar arasında daha çox 40-59 yaş arası olan kişilər üstünlük təşkil edir. Ölkədə bu yaşda 12791 narkoman var. Narkomanların 4979 nəfəri isə 18-29 yaş arasında olan cavanlardır. Yaşı 18-dən az olan narkoman qeydə alınmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG