Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18

Reyhan Yusifqızıdan uşaqlar üçün yeni kitab


Yazıçı Reyhan Yusifqızının “Altun Kitab” nəşrlər evində uşaqlar üçün yazdığı ikinci nəsr əsəri nəşr olunub.

Əsər baş qəhrəmanın adı ilə − “Aysu” adlanır və səkkiz yaşlı qızın macəralarla dolu həyatından bəhs edir.

Aysu Bakı kəndlərindən birində yaşayır. Bu dəcəl və ağıllı qızın gözəl əl qabiliyyəti də var.

Cəsur, hazırcavab və bacarıqlı Aysu...

Qeyd edək ki, R.Yusifqızının bundan öncə çap olunmuş “Yaşıl gözlü qız” əsəri Türkiyə Cümhuriyyətində keçirilən müsabiqədə 3-cü yerə layiq görülüb.

Onun "Ağcaqanad" hekayəsi isə "Ədəbi Azadlıq-2010" müsabiqəsinin qısa siyahısına düşmüşdü.
XS
SM
MD
LG