Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:58
Prezident İlham Əliyein çıxışında səsləndirdiyi son rəqəmlərə görə hazırda 113 min ailə ünvanlı sosial yardım alır. Hər ailəyə orta hesabla aya 130 dollar verilir.

Amma yerli mediaya, o cümlədən də bizə bu yardımı aldım deyən az qala hər kəs onun yarısını məmurun geri aldığını da əlavə edir. Keçmiş Baş nazir və sabiq millət vəkili Pənah Hüseyn isə ümumi məbləği 200 milyon manat olan ünvanlı sosial yardımın azı yarısını məmurların öz ciblərinə qoyduqlarını hər fürsətdə deyir.

Əslində məmurun vətəndaşa çatası başqa müavinətləri - uşağın doğulmasına, əlilliyə görə pensiyaların verilməsinə, təbii fəlakətdən ziyana görə kompensasiyalara şərik olması barədə iddiaların arası kəsilmir.

"Korrupsiometr"də həftənin mövzusu da budur: MƏMURU VƏTƏNDAŞIN HAQQINA ŞƏRİKLİKDƏN BİRDƏFƏLİK ÇIXARMAQ ÜÇÜN SƏN NƏ TƏKLİF EDİRSƏN?

Təklifin, ideyan, sualın... hər nəyin var, göndər gəlsin.

Fikirlərini foruma göndər. Ya da zəng edərək müzakirələrə qoşul.

Zəng elə - 012 436 77 41
Sms yaz - 050 744 10 17
E-mail göndər - efir@azadliqradiosu.az

Şərhləri göstər

XS
SM
MD
LG