Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:31

Əsgərin intihar etdiyi hərbi hissənin bölük komandiri həbs olunub


Fevralın 4-də Ağdam rayonunda əsgər Mehman Əmiraslanovun özünə qəsd etməsi ilə bağlı araşdırma aparılıb və məsuliyyət daşıyanlar cəzalandırılıb.

Məlumatı Müdafiə Nazirliyinə istinadən «Trend» yayıb.

Hərbi hissənin komandiri, mayor Etibar Əhmədov tutduğu vəzifədən azad olunub.

Hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Vüqar Məcidov barəsində isə intizam qaydasında ciddi ölçü götürülüb.

Qanunsuz hərəkətlərə yol verdiyinə görə bölük komandiri, baş leytenant Nihad Babayev da tutduğu vəzifədən kənarlaşdırılıb. Onun barəsində cinayət işi başlanıb.
XS
SM
MD
LG