Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Şimali Atlantika Şurası-Azərbaycan formatında növbəti görüş keçiriləcək


Fevralın 15-də Brüsseldə Şimali Atlantika Şurası-Azərbaycan formatında növbəti görüş keçiriləcək.

APA-nın məlumatına görə, görüşdə iştirak etmək üçün Azərbaycandan Brüsselə yüksək səviyyəli nümayəndə heyəti gedəcək.

Görüş çərçivəsində nümayəndə heyətinin NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşü planlaşdırılır. Görüşdə Azərbaycan-NATO münasibətləri, Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində üzərinə götürdüyü öhdəliklər müzakirə olunacaq.

Azərbaycanla NATO arasında bu tip məsləhətləşmələr ildə bir dəfə keçirilir. Ötən il görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG