Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:55

Liviyada yenidən toqquşma, 17 nəfər ölüb


Liviyada son iki gündə Kufra şəhərində iki tayfa – əl-zuayya və tabu arasında baş verən toqquşma nəticəsində azı 17 nəfər ölüb, 22 nəfər yaralanıb. Bu barədə France-Presse məlumat yayıb.

Milli Keçid Şurasının nümayəndəsi Mohammed al-Harazi toqquşma ilə bağlı məlumatı təsdiqləyib, bildirib ki, hazırda tərəflər münaqişəni sülh yolu ilə həll etməyə çalışırlar.

Tayfalar arasında son toqquşmaya səbəb üç gün öncə əl-zuayya tayfasından bir nəfərin üç tünd dərili kişi tərəfindən öldürülməsi olub. Öldürənlərin tabu tayfasından olduğu ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG