Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:47

İsrail fələstinli dustağın apellyasiya şikayətini rədd edib


İsrailin hərbi məhkəməsi «İslam Cihadı» qruplaşmasının üzvü Khader Adnanın apellyasiya şikayətini rədd edib. Khader Adnan səkkiz həftədən də çox müddətdir ki, aclıq aksiyası keçirir, ona qarşı heç bir ittiham olmadan həbsinə etiraz edir.

Ötən il dekabrın 17-dən həbs olunan Adnanın vəziyyəti son günlər pisləşib. Onun həbs müddəti mayın 8-də bitir.

Fələstin Muxtariyyətinin dustaqlarla bağlı naziri İssa Karaka İsrail məhkəməsinin qərarına etiraz olaraq bütün fələstinliləri aksiyaya qoşulmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG