Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Britaniyada radikal din xadimi zaminə buraxılıb


Britaniyanın Vuster şəhərində Osama bin Ladenlə əlaqədə olmaqda şübhəli bilinən radikal din xadimi Abu Qatada zaminə buraxılıb.

Zaminin şərtlərinə görə, üç ay müddətində Qatada günün 22 saatı evdə olmalıdır, internetdən, mobil telefondan istifadəsi, məsciddə ibadət etməsi, hər hansı bəyanat, elan səsləndirməsi qadağandır.

Qatada terror fəaliyyətində, ekstremizmlə əlaqəli olmaqda ittiham olunan Qatada 6 il idi ki həbsdə yatırdı. Amma Britaniya ərazisində ona qarşı heç bir ittiham mövcud deyil.

Rəsmi London Qatadanı İordaniyanın Amman şəhərinə təhvil vermək istəyib, amma İnsan Haqları üzrə Avropa Məhkəməsi ötən həftə ekstradisiyanı qadağan edən qərar çıxarıb, məhbusa qarşı işgəncənin olacağından ehtiyatlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG