Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:38

BMT Assad rejimini insanlıq əleyhinə cinayətdə ittiham edir


BMT-nin İnsan Haqları Komissarı Navi Pillay Təhlükəsizlik Şurasında Suriya hökumətini insanlıq əleyhinə cinayətdə ittiham edib. Deyib ki, Suriya rrejimi Homs şəhərinin sıx məskunlaşmış qəsəbələrini bombardman etməklə cinayət işləyib.

Bashar al Assad rejimi Ərəb Liqasının təklifini rədd eləyəndən sonra müxalifləri bombalamağı davam etdiriblər. Hüquq müdafiəçiləri bildirirlər ki, hökumət qoşunları Homs və Rastan şəhərinə havadan zərbələr endirir, quru qoşunları isə Dəməşqin cənubunda geniş əməliyyatlar keçirir.

Ərəb Liqası təcili olaraq Suriyaya sülhməramlı qüvvələrin yeridilməsini və müxalifətlə birbaşa danışıqlara başlamağı təklif eləmişdi. Suriya hökuməti isə planı qəti olaraq rədd elədiklərini bildirib.

Rusiya Xarici İşlər naziri Sergei Lavrov fevralın 13-də bildirib ki, hər hansı sülhməramlıların yeridilməsindən öncə atəşkəs üçün zəmin hazırlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG