Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:45
Los Angeles Ədalət Məhkəməsinin müdir yardımçısı Ed Winter Houston-un ölümü ilə bağlı jurnalistlərə açıqlama verib.

Ed Winter açıqlamada müğənninin necə öldüyünün aydınlığa çıxmasının 4-8 həftə çəkə biləcəyini ifadə edib.

O, polisin ünlü sənətçinin yarılmasının ayrıntıları ilə bağlı ictimaiyyətə açıqlama verilməməsini onlardan tələb etdiyini bildirib.

Winter, müğənninin ölü tapıldığı Beverly Hilton Otelinin bir nömrəsində ölü tapılan Houstonun yarıldıqdan sonrakı toksikoloji qənaətinin həftələr çəkəcəyini bəyan edib.

Houston-ın ölümünün dəqiq səbəbləri haqqında mütəxəssislərin açıqlama vermək icazəsi olmadığını ifadə eden Winter, bununla birlikdə 48 yaşlı sənətçinin bədənində zədəyə rast gəlinmədiyini də bildirib.

Dünya mediası Houston-un dünən anasının ölümündən sonra xəstəxanaya yerləşdirilən 18 yaşlı qızı Bobbi Kristina Brown-un müalicəsinin tamamlandığını yazıb.

Xəbərə görə, Brown stressdən müalicə olunduqdan sonra evə buraxılıb.

Xatırladaq ki, tanınmış müğənninin sərxoş halda yuxu dərmanı içdiyi və üstəlik də vanna qəbul etdiyi üçün öldüyü xəbəri də yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG