Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03

Pakistanın Baş naziri korrupsiya ittihamlarını gizlətməkdə ittiham olundu


Pakistan Baş naziri Yusuf Raza Gilani Ali məhkəmə tərəfindən korrupsiya ittihamlarını gizlətmək ittihamıyla üzləşib. Gilanini Prezident Asif Ali Zardari haqda korrupsiya ittihamlarını araşdırmaq üçün göstəriş verməməkdə ittiham edirlər. O isə ittihamları siyasi motivli sayır və prezidentin toxunulmazlığı olduğunu bildirir.

Gilani and Zardari hər ikisi iqtidardakı Pakistan Xalq Partiyasının liderləridirlər. Günahı sübut edilsə, Gilani həbs cəzası ala və vəzifəsini itirə bilər.

Prezident Asif Ali Zardari kokret olaraq mərhum həyat yoldaşı Benazir BUttonun Baş nazir olduğu vaxt korrupsiya cinayətlərində ittiham olunur. Hərbi çevriliş yoluyla hakimiyyətə gələn keçmiş prezident Pervez Musharraf 2007-ci ildə amnistiya élan edəndə Zardariyə qarşı iş bağlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG