Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:22

Afinada iştişaşlarda 100-ə yaxın adam yaralanıb


Yunanıstan paytaxtı Afinada dünənki iğtişaşların izlərini təmizləyirlər. Afina meri Giorgos Kaminis deyib ki, nümayişçilər tarixi binalara od vurduğu və 100-lərlə mağazanı qarət elədiyi üçün şəhərə inanılmaz ziyan vurulub. Toqquşmalar zamanı çoxu polis işçisi olan 100-ə yaxın adam yaralanıb.

Nümayişçilər Yunanıstan parlamentinin bazar günü sərt qənaət paketini qəbul etməsinə etiraz ediblər. Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun 130 milyard avroluq yardım paketi əvəzində şərt qoşduğu üçün qəbul edilən qanuna görə, Yunanıstan minimum əmək haqqı 20 faiz azaldılır və büdcə təşkilatlarında çalışan hər 5 nəfərdən biri ixtisar ediləcək.
XS
SM
MD
LG