Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02

Azərbaycan qar və çovğundan zərər çəkmiş Rumıniyaya yardım göstərib


Arxiv foto

Arxiv foto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən Rumıniyanın müxtəlif ucqar bölgələrində yaşayan insanlara humanitar yardım edilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyindən məlumat verilib.

Səfirliyin məlumatına görə, son günlər aramsız yağan qar və çovğunlu hava şəraitindən zərər çəkmiş əhaliyə humanitar yardım edilib.
Bölgələrdə nəqliyyatın və cari fəaliyyətin iflic olması ilə əlaqədar insanların gündəlik tələbatını qarşılamaq üçün elan edilmiş yardım kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycan - Rumıniya ikitərəfli sənaye və ticarət palatası, eləcə də Rumıniyada fəaliyyət göstərən Azərbaycan şirkətləri tərəfindən müxtəlif növ ərzaq məhsulları, dərman və tibbi ləvazimatlar, habelə isti geyim əşyaları zərərçəkmişlərə təqdim edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG