Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:57

Suriyadakı müşahidəçilər qrupunun rəhbəri istefa verib


Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri Qahirə görüşündə Suriyadakı müşahidəçilər qrupunun sudanlı rəhbəri general Mohammad al Dabinin istefasını qəbul ediblər.

Bir çoxları onu Sudanın Darfur əyalətində insan haqlarının kütləvi pozulmasında ittiham edirdilər.

Onun yerinə İordaniyanın keçmiş xarici işlər naziri Abdel İlah Khatibin namizədliyi təklif olunub.

Liqanın müşahidəçilər missiyası Suriyada insanların kütləvi qətlinə görə, ötən ay bu ölkədə fəaliyyətini dayandırıb.
XS
SM
MD
LG